Prezident Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklikləri təsdiq edib

prezident naxcivan muxtar respublikasinin konstitusiyasina deyisiklikleri tesdiq edib

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu imzalayıb. 

 

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında 8-ci maddə aşağıdakı redaksiyada verilib:

 

“Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

II. Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər”.

 

15-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilib, 19-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:
6) bu Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”.

 

29-cu maddənin II hissəsindən “Yaşı otuzdan aşağı olmayan” sözləri çıxarılıb.

 

41-ci maddənin mətni aşağıdakı redaksiyada verilib: “Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276