Siyavuş Novruzov: "Maliyyə orqanları əməkdaşlarının partiya üzvü olmasına qoyulan qadağa götürülməlidir"

siyavus novruzov maliyye orqanlari emekdaslarinin partiya uzvu olmasina qoyulan qadaga goturulmelidir

“Artıq vaxt yetişib ki, “Siyasi partiyalar haqqında” qanuna bir çox maddələr üzrə dəyişiklik edək”.

 

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında bildirib.

 

O qeyd edib ki, qanunda siyasi partiyaların fəaliyyəti ilə bağlı hər şey yüksək səviyyədə təsbit olunsa da, bəzi maddələrə yenidən baxmaq lazımdır: “Məsələn, 8-ci maddədə kimlərin siyasi partiyaya üzv ola bilməsi barədə məlumatlar var. Düşünürəm ki, buna yenidən baxmaq lazımdır. Həmin maddədə göstərilir ki, maliyyə orqanları nümayəndələrinin siyasi partiya üzvü olması qadağandır. Məncə, bu düzgün deyil. Başqa bir məsələ də Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağa qoyulmalıdır. Onlar hansısa partiyanın üzvü olsa, nə baş verəcək ki? Bu qadağalar dəyişməlidir”.

 

S. Novruzov onu da qeyd edib ki, bəzi siyasi partiyalar MSK-ya maliyyə şəffaflığı ilə bağlı  düzgün məlumat vermir, buna nəzarət olunmalıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti asiya inkisaf bankinin idare heyeti surasinin uzvlerini qebul edib
    Azərbaycan prezidenti Asiya İnkişaf Bankının İdarə Heyəti Şu...
  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267