VI Qlobal Bakı Forumunun hesabatının təqdimatı keçirilib

Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI Qlobal Bakı Forumunun hesabatının təqdimatı olub.

 

APA-nın məlumatına görə, tədbir VI Qlobal Bakı Forumunun qısametrajlı filminin nümayişi ilə açıq elan edilib. 

 

Çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Viktor Yuşşenko bildirib ki, adından göründüyü kimi, qlobal məsələləri əhatə edən forumda diplomatların və siyasi xadimlərin iştirakı ilə bir sıra beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunub. O xatırladıb ki, hazırda Avropanın şərqində Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Donbas kimi ciddi problemlər hökm sürür, 10-15 il əvvəl dünyada mövcud olan təhlükəsizlik artıq yoxdur. V. Yuşşenko əlavə edib ki, dünya indi müharibənin astanasında yox, içindədir.   


Dünya Bankının sabiq 1-ci vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin isə vurğulayıb ki, dünya bir sıra problemlərlə üz-üzədir, bu səbəbdən Qlobal Bakı Forumu kimi beynəlxalq platformalar həmin problemlərin müzakirəsi baxımından əlverişlidir. Onun fikrincə, dünya ictimaiyyətini narahat edən qlobal problemlər arasında insan ticarəti xüsusi narahatlıq doğurur. 

 

Tədbirdə bir sıra ölkələrin Azərbaycandakı səfirləri də iştirak edib.

 

VI Qlobal Bakı Forumunun hazırlıq işlərində Mərkəzə göstərdikləri dəstəyə və əməkdaşlığa görə İordaniya və Britaniya Krallıqları, İtaliya, Türkiyə, eləcə də BMT-nin koordinasiya ofisinin səfirlərinə təşəkkürnamə təqdim olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276