Vitse-spiker: "Siyasi dialoq, iş birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər"

vitse spiker siyasi dialoq is birliyi dagliq qarabag munaqisesinin helline komek ede biler

"Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsi ölkəmizin siyasi həyatında əlamətdar hadisədir. Ümid edirəm ki, burda aparılan müzakirələr alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcək".

 

APA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu gün Bakıda keçirilən  Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitinin açılışında deyib.

 

Z.Əsgərov vurğulayıb ki, indi dünya birliyi terrorizm, separatizm, qaçqın, məcburi köçkün, insan alveri, narkotiklə mübarizə,  iqlim dəyişkənliyi,  epidemiya kimi problemlərin həlli üçün səmərəli yollar tapmaqla üz-üzə gəlib. 

 

Z.Əsgərov deyib ki, beynəlxalq münasibətlər çərçivəsində parlament nümayəndələri arasında əməkdaşlığın, fəallığın gücləndirilməsi universal xarakter daşıyır.

 

O bildirib ki, Azərbaycan Milli Məclisinin deputatları ölkəmiz barəsində həqiqətləri bütün dünyaya  çatdırmaq üçün mümkün olan hər şeyi edir və bu siyasi  dialoq, iş birliyi Dağlıq Qarabağ  münaqişəsi və digər problemlərin həllinə kömək göstərə bilər.

 

"Azərbaycan uzun illərdir torpaqlarının işğalı ilə bağlə beynəlxalq birliyə çağırış edərək ədalətin bərpa olunmasını tələb edir. Biz əminik ki, bu və digər problemlər beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq nizama salınacaq və bu da Avropada sülh, sabitlik , təhlükəsizliyin təminatına xidmət edəcək", - deyə Z. Əsgərov əlavə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti asiya inkisaf bankinin idare heyeti surasinin uzvlerini qebul edib
    Azərbaycan prezidenti Asiya İnkişaf Bankının İdarə Heyəti Şu...
  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267