Yerli icra orqanlarının fəaliyyətinə qiymət verilərkən cəlb olunacaq sərmayənin həcmi də nəzərə alınacaq

yerli icra orqanlarinin fealiyyetine qiymet verilerken celb olunacaq sermayenin hecmi de nezere alinacaq

“Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görüb. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

 

Dövlət başçısı qeyd edib ki, yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdır. Onun sözlərinə görə, gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan moldova diplomatik elaqelerinin 25 illiyine hesr olunmus konfrans kecirilib
    Azərbaycan-Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr...
  • metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi
    Mətbuat Şurasının sədri: “İslamiada Azərbaycanın İslam dünya...
metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi metbuat surasinin sedri islamiada azerbaycanin islam dunyasinda aparici olke oldugunu subut etdi +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ