Fuad Muradov Fransada bir sıra görüşlər keçirib, Topçubaşovun məzarını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Fransada bir sıra görüşlər keçirib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü F. Muradov Azərbaycanın Fransadakı səfirliyində olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

 

Sonra komitə sədri Fransanın daxili işlər naziri Gerard Collombun diplomatik məsələlər üzrə müşaviri Frederic Jung və Fransa Senatının Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperlə görüşüb. Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin həmçinin Azərbaycanın Dostları Assosiasiyasında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzləri və azərbaycanlı ailə ilə maraqlı görüşü olub.

 

Fuad Muradovun Avropaya rəsmi səfəri davam edir. Komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fransada Azərbaycanın görkəmli siyasi xadimi, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib, xatirəsini yad ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272