Komitə sədri: “Qlobal siyasətdə Azərbaycan öz sözünü deməyə başlayıb"

"Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasəti ilə hər il Azərbaycan inkişaf edir, dünyada daha yüksək səviyyədə tanınmağa başlayır".

 

APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

 

O bildirib ki, bu da Azərbaycan diasporunun üzərinə xüsusi vəzifələr qoyur: "Azərbaycan diasporu bu fonda ölkəmizin tanıdılması üçün öz töhfələrini verməli, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün qarşısında duran bütün vəzifələri yerinə yetirməlidir. Azərbaycan diasporunun fəaliyyəti üçün dövlətimiz tərəfindən bütün şərait yaradılıb. Birinci olaraq mənəvi şərait yaradılıb. Bu o deməkdir ki, Azərbaycanın dünya siyasətində öz məxsusi yeri var. Qlobal siyasətdə Azərbaycan müstəqil dövlət olaraq öz sözünü deməyə başlayıb. Belə olan halda dünya ölkələrində yaşayan azərbaycanlıların da nüfuzu artmağa başlayıb, onları eşidənlər çoxalıb".

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi bu gün Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276