Afinada Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

afinada gurcustan vetendaslarindan ibaret cinayetkar deste saxlanilib

Yunanıstan polisi mütəşəkkil cinayətkar qrupun üzvü olan 21 nəfəri həbs edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müxtəlif cinayətlər törətməkdə ittiham olunan şəxslərdən 18-i Gürcüstan vətəndaşıdır, qalan üçü isə Yunanıstan, İraq və Bolqarıstandandır.

 

Afina polisinin rəsmi nümayəndəsi İoanna Rotzioku saxlanılan qrupun ən iri cinayətkar şəbəkə olduğunu qeyd edib. Onun sözlərinə görə, zərərsizləşdirilmiş şəbəkənin özəlliyi ondan ibarətdir ki, o, bir-birindən asılı olmayan, lazım gəldikdə isə əlbir olan dörd qrupdan ibarət olub.

 

Ötən gün Yunanıstanda keçirilən əməliyyat ölkənin bütün ərazisini əhatə edib.    

 

Saxlanılanlar 24-64 yaş arasındadırlar. Onlar 70 mənzil oğurluğu, silahlı soyğunçuluq, narkotik maddələrin satışı və digər cinayətlər törətməkdə ittiham olunurlar.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki ecnebinin saxta senedlerle serhedden kecmesinin qarsisi alinib
    İki əcnəbinin saxta sənədlərlə sərhəddən keçməsinin qarşısı ...
  • bakida ev yanib 2 nefer xilas edilib
    Bakıda ev yanıb, 2 nəfər xilas edilib
bakida ev yanib 2 nefer xilas edilib bakida ev yanib 2 nefer xilas edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267