Konqoda helikopterlərin qəzaya uğraması nəticəsində rusiyalı pilotlar ölüb

konqoda helikopterlerin qezaya ugramasi neticesinde rusiyali pilotlar olub

Konqo Silahlı Qüvvələrinə məxsus iki hərbi helikopterin qəzaya uğraması nəticəsində iki rusiyalı pilot ölüb, daha üçü isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Konqo ordusunun generalı Leon Muşale bildirib.  

 

Məlumata görə, “Mİ-24” tipli iki helikopter əlverişsiz hava şəraiti səbəbindən ölkənin dağlıq ərazisində qəzaya uğrayıb.   

 

Axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerində 3 cəsəd aşkarlanıb, onlardan birinin konqolu zabitə, ikisinin isə rusiyalı pilotlara məxsus olduğu bildirilir.  Hadisə yerində daha 5 yaralı ekipaj üzvü aşkarlanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan üçünün rusiyalı olduğu bildirilir.

 

Məlumata görə, daha bir rusiyalı pilot “M23” hərbiləşdirilmiş üsyançı qruplaşmanın üzvləri tərəfindən girov götürülüb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:10 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socar in terefdasi ukraynanin bas nazirine muraciet edib
    SOCAR-ın tərəfdaşı Ukraynanın baş nazirinə müraciət edib...
  • bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib
    Bakının daha bir küçəsində yol hərəkətində dəyişiklik edilib...
bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ