Misirdə fironlar dövrünə aid türbə aşkarlanıb

misirde fironlar dovrune aid turbe askarlanib

Misirdə arxeoloji qazıntı işləri zamanı fironlar dövrünə aid türbə aşkar edilib.

 

APA-nın “AP”-yə istinadən verdiyi məlumata görə, Nil çayının qərb sahəlindəki Luksor şəhərində tapılan və qədim Misirin kübar təbəqəsinə aid türbədə 1000-dən çox heykəl və 10 sarkofaq olub.

 

Ekspertlərin qənaətinə görə, türbə o dövrün hakimlərinin biri üçün inşa edilib və eramızdan əvvəl 1500-1000 illərə, Yeni Krallıq dövrünə təsadüf edir.

 

Türbə iki zaldan ibarətdir. Birində dörd, digərində isə altı tabut olub. Arxeoloji missiyanın başçısı Mustafa əl-Vəziri həmçinin müxtəlif sülalələrin fironlarını təsvir edən heykəllərin olduğu digər zalın da tapıldığını açıqlayıb.  O, qazıntı işlər davam etdikcə daha çox heykəllərin tapılacağını istisna etməyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ