Nigeriyada terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb

nigeriyada terror akti neticesinde olenlerin sayi 43 nefere catib

Nigeriyanın şimal-şərqində törədilən terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 31 nəfərin öldüyü bildirilirdi.

 

Məlumata əsasən, hadisə nəticəsində 12 nəfər  ağır yaralanıb. Partlayışların kamikadze qızlar tərəfindən törədildiyi təsdiqlənib. Hücumun arxasında “Boko Haram” qruplaşmasının durduğu ehtimal edilir.

 

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə də hücum edir. 2015-ci ildə "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

 

2009-cu ildən etibarən Nigeriya, Niger, Kamerun və Çadda 20 mindən artıq insan "Boko Haram" silahlılarının qurbanı olub, 3 milyona yaxını isə qaçqın və məcburi köçkünə çevrilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268