Qambiyanın eks-prezidenti ölkəni tərk edib

qambiyanin eks prezidenti olkeni terk edib

Qambiyanın  eks-prezidenti Yəyya Camme ölkəni tərk edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,  Y.Camme paytaxt Banjul şəhərindəki hava limanından üzərində fərqləndirici nişanı olmayan təyyarə ilə ölkəni tərk edib. Onun Ekvatorial Qvineyaya getdiyi bildirilir.   

 

Qambiyaya 22 il rəhbərlik etmiş  Y. Camme ötən gün  prezident postundan imtina etməyə və səlahiyyətlərini yeni seçilən prezidentə təhvil verməyə razılıq verib.

 

Qeyd edək ki, yanvarın 18-də Qambiya Milli Assambleyası ötən ilin dekabrında keçirilmiş seçkilərdə məğlub olmuş prezident Yəyya Cammenin səlahiyyətlərinin müddətini uzadıb. Y.Camme yanvarın 19-da hakimiyyəti yeni seçilmiş prezident Adam Barrouya təhvil verməli idi.

 

Yanvarın 19-da  Seneqal ordusu  Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkəyə daxil olub.  Yəyya Cammeyə yanvarın 20-si saat 12.00-dək hakimiyyətdən dinc şəkildə getməsinə vaxt verilib. O, ötən gün  prezident postundan imtina etməyə razı olub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ