Qambiya prezidenti mandatı başa çatdıqdan sonra postunu tərk etməkdən imtina edib

qambiya prezidenti mandati basa catdiqdan sonra postunu terk etmekden imtina edib

Qambiya prezidenti Ayə Camme yanvarın 19-da mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib.  

 

APA-nın  xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.

 

“Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz”, - deyə Ayə Camme bildirib.  

 

“Mən öz postumdan getməyəcəm”, - deyə o əlavə edib.  

 

Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Yerli MSK-nın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adəm Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb.  Hazırkı prezident Ayə Camme isə 36,7 faiz səs toplayıb.

 

Səsvermənin nəticələri elan edildikdən sonra Ayə Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide jiquli traktora cirpilib 1 nefer olub 3 nefer agir xesaret alib yenilenib
    Ağcabədidə "Jiquli" traktora çırpılıb, 1 nəfər ölüb, 3 nəfər...
  • 174 azerbaycanda startap olmaq asandir
    ® Azərbaycanda Startap olmaq asandır!
174 azerbaycanda startap olmaq asandir 174 azerbaycanda startap olmaq asandir +2
MƏZƏNNƏ
FOREX
/ 20 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ