Qambiya prezidenti vəzifəsini tərk etməyə razılıq verib

qambiya prezidenti vezifesini terk etmeye raziliq verib

Seçkilərdə məğlub olan Qambiyanın hazırkı prezidenti Yəhya Camme vəzifəsini tərk etməyə razılıq verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezident seçkilərində qalib gələn Adama Barrou özünün “Tvitter” hesabında yazıb.

 

Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adam Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb.  Hazırkı prezident Y.Camme isə 36,7 faiz səs toplayıb.

 

Səsvermənin nəticələri elan edildikdən sonra Y.Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib. 

 

Qeyd edək ki, ötən gün  Seneqal ordusu  Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkəyə daxil olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ