Somalidə BQXK-nın əməkdaşı oğurlanıb

somalide bqxk nin emekdasi ogurlanib

Somalinin paytaxtı Moqadişo şəhərində bir qrup silahlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşını oğurlayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı açıqlamada bildirilir.

 

İnsident yerli vaxtla saat 20:00 radələrində baş verib. Məlumata görə, silahlılar BQXK-ın ərazisinə daxil olaraq təşkilatın tibb bacısı işləyən əməkdaşını oğurlayıblar. Hazırda Somali hökuməti ilə birgə qadının azad edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

KİV-lərin məlumatına əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) oğurlanan əməkdaşı Almaniya vətəndaşıdır. Onun kim tərəfindən oğurlandığı hələ ki, məlum deyil.

 

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273