Misirdə “Turkish Airlines” təyyarəsinə partladıcı qurğu keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb

misirde turkish airlines teyyaresine partladici qurgu kecirmek isteyen rusiya vetendasi saxlanilib

Üzərində partladıcı qurğu olan Rusiya vətəndaşı Misirin İsgəndəriyyə şəhərinin hava limanında saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, əldəqayırma partlayıcı qurğu rusiyalının çamadanında rentgen qurğusu vasitəsi ilə aşkarlanıb.  “Al-Masry Al-Youm” nəşrinin məlumatına görə, hadisə yerinə istehkamçılar cəlb edilib.     

 

Məlumata görə, sərnişin partlayıcı qurğunu İstanbula uçan “Turkish Airlines” şirkətinə məxsus təyyarənin göyərtəsinə keçirmək istəyirmiş.

 

“RİA Novosti” “Əl Bəyan” nəşrinə istinadən rusiyalının üzərində partlayıcı qurğunun maketinin  aşkarlandığını bildirir.

 

Rusiyanın  İsgəndəriyyədəki baş konsulu Rəşid Sadiqov saxlanılan sərnişinin üzərində heç bir təhlükəli əşyanın tapılmadığını bildirib. Onun sözlərinə görə, Misir tərəfi saxlanılan şəxsə qarşı hələlik heç bir ittiham irəli sürməyib, insidentin təfərrüatları müəyyənləşdirilir.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
  • azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib
    Azərbaycanla Monteneqro icazəsiz yaşayan şəxslərin readmissi...
azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ