ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

abs rusiyaya qarsi yeni sanksiyalar hazirlayir

ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeoya “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilənin müddəalarının pozulması ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar planını hazırlamağı tapşırıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

Məlumata əsasən, Rusiya Federasiyası hökumətinin üzvləri daxil olmaqla müqavilənin müddəalarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı maliyyə və viza qadağaları tətbiq ediləcək.

 

Qeyd edək ki, “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276