ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar

abs senatorlari rusiyaya qarsi yeni sanksiyalar haqqinda qanun layihesi hazirlayiblar

Bir qrup ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda mətbuat konfransında senator Ben Kardin bildirib.  

 

“Bu təfsilatlı qanun layihəsi Amerika maraqlarının əleyhinə fəaliyyət həyata keçirən Rusiyaya qarşı əlavə sanksiyalar nəzərdə tutur. Biz hücuma məruz qalmışıq, bizə Rusiya Federasiyası hücum edib. Bu artıq müzakirə predmeti deyil”, - deyə Kardin qeyd edib.  

 

Onun sözlərinə görə, sanksiyalar ABŞ və Ukraynaya qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.  

 

Bundan başqa, qanun layihəsinin bir hissəsi Rusiyanın Ukrayna, Suriya, Gürcüstan və Krımla bağlı fəaliyyətini əhatə edir.  

 

Qanun layihəsi hər iki partiyanın nümayəndələri – respublikaçı Con Makkeyn, demokratlar Kardin və Robert Menendes tərəfindən hazırlanıb.  

 

Qeyd edək ki, Moskva Vaşinqtonun kiberhücumlarla bağlı ittihamlarını rədd edir.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

05:54 29 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • vasinqtonda 2 ci trans xezer serq qerb ticaret ve tranzit forumu cercivesinde abs konqresi ve dunya bankinda tedbirler teskil edilib
    Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Fo...
  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
gurcustanda beynelxalq xalca festivalinin acilisi olub gurcustanda beynelxalq xalca festivalinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ