ABŞ UNESСO-dan çıxıb

abs unesso dan cixib

ABŞ UNESСO-da çıxdığını elan edib.

 

APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

 

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

 

Öz növbəsində, İ. Bokova ABŞ-ın bu qərarından təəssüfləndiyini qeyd edib.

 

Qeyd edək ki, Fələstin 2011-ci ildə UNESCO-ya tamhüquqlu üzv qəbul olunub. ABŞ buna etiraz olaraq UNESCO-nun maliyyələşdirilməsini dayandırıb.

 

2016-cı ilin payızında isə UNESCO İcraiyyə Komitəsi Fələstin və Misirin təklif etdiyi, yəhudi xalqının Yerusəlimdəki məşhur "Əl-Aksa" məscidinə ("Məbəd dağı") aiddiyyəti olmadığına dair qətnaməni qəbul edib.

 

ABŞ-ın UNESCO-dakı nümayəndəsi isə bu qətnaməyə qarşı çıxıb.

 

ABŞ-ın "Foreigh Policy" nəşri bir neçə gün əvvəl ABŞ-ın antiisrail qətnamələrinə etiraz olaraq UNESCO-dan çıxacağını elan edəcəyini yazmışdı.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustandaki neriman nerimanov adina medeniyyet evi ile bagli 15 illik muemma arasdirma
    Gürcüstandakı “Nəriman Nərimanov adına Mədəniyyət Evi” ilə b...
  • qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib
    Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə s...
qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269