Sara Sanders istefa xəbərlərini təkzib edib - YENİLƏNİB

sara sanders istefa xeberlerini tekzib edib yenilenib

Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsindən getməyəcəyini bəyan edib.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü özünün “Twitter” hesabında yazıb.

 

“Mən işimi sevirəm və prezident Trampla işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram”, S.Sanders yazıb.

 

***

 

05:37

 

Ağ Evin mətbuat katibi Sara Sanders və onun müavini Rac Şah istefaya getmək niyyətindədirlər.

 

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

 

S.Sandersin 2018-ci ilin sonunda postunu tərk edəcəyi bildirilir. R.Şah isə istefasının dəqiq vaxtını hələ ki, müəyyənləşdirməyib.

 

Çoxsaylı sorğulara baxmayaraq Ağ Evin adıçəkilən rəsmiləri məlumatla bağlı şərh verməyiblər.

 

Qeyd edək ki, Sara Sanders 2017-ci ilin iyulunda Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267