BMT-də Trampın yeni miqrasiya fərmanı tənqid edilib

bmt de trampin yeni miqrasiya fermani tenqid edilib

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ABŞ prezidenti Donald Trampın imzaladığı yeni miqrasiya fərmanını tənqid edib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun informasiya mərkəzinin yaydığı açıqlamada bildirilir.

 

“Qaçqınlar müharibə və zülmdən qaçmaq məcburiyyətində qalan adi insanlardır. Onların müdafiə və yardıma ehtiyacları var”, deyə F.Qrandi bildirib.

 

Onun qənaətinə görə, ABŞ prezidentinin qərarı miqrantların vəziyyətini daha da ağırlaşdıracaq: “Qaçqınlara sığınacaq verən ABŞ daim digər ölkələr üçün nümunə olub. Bu gün, dünyada qaçqın axınının rekord səviyyəyə çatdığı bir vaxtda humanizm nümunəsinə daha çox ehtiyac var”.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. ABŞ hökuməti yenidən  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ