Komitə sədri: “Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”

komite sedri senat tillersonu dovlet katibi vezifesine tesdiqleyecek

ABŞ Senatı Reks Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Bob Korker bəyan edib.

 

“Çox güman ki, Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”, deyə B.Korker bildirib.

 

ABŞ-da dövlət katibini prezident Senatın razılığı ilə təyin edir. Bu gün Senatda “ExxonMobil” şirkətinin sabiq  başçısı Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə namizədliyinin təsdiq edilməsinə dair dinləmələr keçirilib.

 

Reks Tillerson 90-cı illərdə “ExxonMobil” şirkətinin Rusiyadakı layihələrinə rəhbərlik edib, 2011-ci ildə “Rosneft” şirkəti ilə Arktika şelfində  neft yataqlarının birgə işlənməsinə dair saziş imzalayıb.

 

R.Tillerson 2013-cü ildə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.  “ExxonMobil” şirkətinin rəhbəri vəzifəsində Rusiyaya qarşı sanksiyaların əsas əleyhdarlarından olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:18 22 Fevral
22:29 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novruz memmedov assosiasiya sazisi teklif eden avropa ittifaqi azerbaycanin erazi butovluyunu tanimirdi
    Novruz Məmmədov: "Assosiasiya sazişi təklif edən Avropa İtti...
  • air arabia sarjadan bakiya ucuslar yerine yetirecek
    "Air Arabia" Şarjadan Bakıya uçuşlar yerinə yetirəcək
air arabia sarjadan bakiya ucuslar yerine yetirecek air arabia sarjadan bakiya ucuslar yerine yetirecek +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8399
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ