CAR ABŞ-dakı diplomatını geri çağıracaq

car abs daki diplomatini geri cagiracaq

Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq münasibətlər və əməkdaşlıq departamenti yanvarın 15-də ABŞ-dakı diplomatik təmsilçisini geri çağıracaq.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə,  bununla bağlı bu gün yayılan bəyanatda bildirilir ki, CAR hakimiyyəti bu addımı ilə ABŞ prezidenti Donal Trampın Haiti, Salvador və bir sıra Afrika ölkələrini "zibil çuxuru" adlandırmasına etirazını ifadə edəcək.

 

Sabah ABŞ-ın CAR-dakı müvəqqəti işlər vəkilinə etiraz bəyanatı da təqdim olunacaq. CAR Beynəlxalq münasibətlər və əməkdaşlıq departamentinin bəyanatında vurğulanır ki, CAR və ABŞ, o cümlədən digər Afrika ölkələri ilə ABŞ arasında münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanmalıdır.

 

Qeyd edək ki, D. Tramp bir qrup demokrat və respublikaçı senatlar görüşündə Haiti, Salvador və bir sıra Afrika ölkələrini "zibil çuxuru" adlandırıb və bu ölkələrdən miqrantların ABŞ-a gəlməsinin arzuedilməz olduğunu söyləyib. ABŞ-ın CAR-dakı müvəqqəti işlər vəkilinə də etiraz bəyanatı təqdim olunacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267