Çikaqoda azərbaycanlı gənc istedadların iştirakı ilə klassik musiqi gecəsi keçirilib

İyulun 1-də ABŞ-ın Müstəqillik Günü münasibəti ilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı gənc istedadların klassik musiqi gecəsi keçirilib.

 

APA-nın xəbərinə görə, musiqi gecəsi Türk Amerika Mədəniyyət İttifaqının mərkəz binasında təşkil edilib. Klassik musiqi gecəsinin gənc iştirakçıları Michael Naği (Piano), Russel Naği (Piano),  Nəzrin Məmmədova (Piano), Ayxan Əzimov (Piano), Məryəm Əzimova (Piano), Leia Zarinebaf (Piano), Araz Zarinebaf (Ud, Gitar və Piano) və Sabir Əliyev (Saksafon).

 

Gecəni giriş sözü ilə gənc musiqiçilərin müəlliməsi Gülçöhrə Əliyeva açaraq gənc istedadların qısa müddət ərzində də əldə etdikləri nailiyyətləri və gecənin musiqi proqramı barədə geniş məlumat verib.

 

Daha sonra gənc istedadlar öz musiqi proqramlarını nümayiş etdiriblər.

 

Tədbir zamanı cəmiyyət icmasının aparıcı nümayəndəsi Teymur Mehmandarov çıxış edərək Azərbaycanlı gənclərə uğurlar arzu edərək, gələcəkdə bu tipli tədbirlərə ədəbi şeir gecələri də əlavə etmələrini qeyd edib.

 

Tədbirin sonunda qonaqlar gənc iştirakçılara çiçək və hədiyyələr təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273