Dövlət Departamenti: ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq

dovlet departamenti abs in rusiyaya qarsi sanksiyalari quvvede qalacaq

Ukraynanın Krım üzərində nəzarəti bərpa olunanadək ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq.  APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin bəyanatında deyilir.  

 

Bəyanatda Rusiyanın 3 il əvvəl Krımı işğal etdiyi qeyd olunur.  Dövlət Departamenti Krımda 2014-cü ilin martın 16-da  keçirilən referendumun qeyr-legitim olduğunu qeyd edir: “Çünki Krım əhalisi ərazinin xarici ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu vaxt səs verməyə məcbur olub”.  ABŞ bir daha Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını qeyd edib.

 

“Krım tatarları, etnik ukraynalılar, Ukrayna yönümlü  fəallar və müstəqil jurnalistlər daim siyasi təqiblərə və repressiyaya məruz qalırlar. Biz Rusiyanı fikir, ifadə, toplaşma azadlığını boğmaq cəhdlərinə son qoymağa çağırırıq. Krım Ukraynanın tərkib hissəsidir. ABŞ Krımın Rusiya tərəfindən işğal olunmasını bir daha pisləyir və Moskvanı buna dərhal son qoymağa çağırır.   Rusiya Krım üzərində nəzarəti Ukraynaya qaytaranadək, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalacaq”, - deyə bəyanatda bildirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dim yanginla bagli texliye olunan abituriyentlere muraciet edib
    DİM yanğınla bağlı təxliyə olunan abituriyentlərə müraciət e...
  • erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib
    Ərdoğan Qərbin Türkiyəyə qarşı embarqo planının nəticəsiz ol...
erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ