Forbes: “Trampın qələbəsi rusiyalı milyarderləri zənginləşdirib”

forbes trampin qelebesi rusiyali milyarderleri zenginlesdirib

Donald Trampın ABŞ-da prezident seçkilərində qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.

 

APA-nın “Forbes” jurnalına istinadən verdiyi xəbərə görə, bu, milli valyutanın möhkəmlənməsi və qiymətli kağızların dəyərlərinin artması ilə izah olunur.

 

Noyabrın 8-dən sonra milyarderlər arasında sərvətini ən çox artıran “NOVATEK”-in rəhbəri Leonid Mihelson olub. “Forbes”a görə, onun aktivləri 1,9 milyard dollar artaraq 18,2 milyard dollar təşkil edib. L.Mihelson 2016-cı ilin nəticələrinə görə Rusiya milyarderlərinin reytinqinə başçılıq edir.

 

Jurnalın yazdığına görə, Trampın qələbəsindən sonra amerikalı milyarderlərin sərvəti orta hesabla 2,8% artıb, ən varlı rusiyalılar isə 7,1% zənginləşib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ