FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış etməkdən imtina edib

ftb nin sabiq direktoru abs senatinda cixis etmekden imtina edib

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ Senatında çıxış etməkdən imtina edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyinə senat üzvü Riçard Berr məlumat verib.

 

Onun sözlərinə görə, Senatın Kəşfiyyat üzrə komitəsi C.Komini qapalı iclasa dəvət edib, lakin sabiq FTB rəhbəri iclasda çıxış etməkdən imtina edib.

 

ABŞ prezidenti Donald Tramp mayın 10-da Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırıb. 2013-cü ildən FTB-yə rəhbərlik edən  Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

 

Qeyd edək ki, Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib. Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gence i beynelxalq musiqi festivali kecirilib
    Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ