Hillari Klinton yeni siyasi təşkilat yaradıb

hillari klinton yeni siyasi teskilat yaradib

Demokrat Partiyasının prezidentliyə sabiq namizədi, ABŞ-ın dövlət katibi Hillari Klinton yeni siyasi təşkilat yaradıb.

 

APA-nın məlumatına görə, bu barədə H.Klinton özünün “Tvitter”ində yazıb.

 

Yeni təşkilata “Onward Together” ("Birlikdə İrəli") adı verilib. “Biz bu təşkilatı ona görə yaradırıq ki, insanlar ruhlansınlar, siyasi proseslərdə iştirak etsinlər, fəaliyyətlərini əlaqələndirsinlər və hətta seçkilərdə namizədliklərini irəli sürsünlər”, Klinton qeyd edib.

 

“Onward Together”in məqsədi 66 milyona yaxın seçicinin dəstək verdiyi ideyaları davam etdirməkdir", təşkilatın rəsmi saytında vurğulanıb. “Fox News” telekanalının rəyinə görə, yeni təşkilatın yaradılması Klintonun rəsmi olaraq siyasətə qayıdışı deməkdir.

 

Qeyd edək ki, ötən ilin noyabrında ABŞ-da  keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə  seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb. Hilları Klinton 65 844 610 , Donald Tramp isə 62 979 636 səs toplayıb.

 

Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
  • gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler
    Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini zi...
gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ