İranın neft və neft məhsullarına qoyulmuş embarqonun müddəti uzadılıb

iranin neft ve neft mehsullarina qoyulmus embarqonun muddeti uzadilib

ABŞ prezidenti Donald Tramp İranın neft və neft məhsullarına qoyulmuş embarqo müddətini uzadıb.

 

APA-nın məlumatına görə, bu barədə Ağ Ev açıqlama yayıb.

 

Trampın qərarında bildirilir ki, digər ölkələrin kifayət qədər neft tədarük etməsi İrandan xammal və neft məhsullarının ixracını azaltmağa imkan verir.

 

Bununla belə D.Tramp qeyd edib ki, hazırda ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı rəsmi Tehranla münasibətlərə yenidən baxır.

 

Xatırladaq ki, 2015-ci ildə “altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında razılaşma əldə olunub. Rəsmi Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Bunun qarşılığında İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar mərhələli şəkildə aradan qaldırılmalıdır.  2017-ci ilin fevralında ABŞ Tehranın ballistik raket proqramı ilə bağlı İrana qarşı tətbiq olunan sanksiyaları genişləndirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
  • ankarada qarabag parkinin acilisi olub
    Ankarada Qarabağ Parkının açılışı olub
ankarada qarabag parkinin acilisi olub ankarada qarabag parkinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ