Kanada XİN: “ABŞ-ın polad və alüminium idxalına rüsum tətbiq etməsi absurddur”

kanada xin abs in polad ve aluminium idxalina rusum tetbiq etmesi absurddur

ABŞ-ın polad və alüminium idxalına rüsum tətbiq etməsi qeyri-qanunidir və absurddur.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kanadanın xarici işlər naziri Kristia Friland bəyan edib.

 

Vaşinqtonda səfərdə olan nazir bildirib ki, ABŞ-ın Kanadaya qarşı tətbiq etdiyi rüsumlar qeyri-qanuni və ədalətsizdir.

 

“Bu həmçinin Ümumdünya Ticarət Təşkilatının normalarına ziddir”, deyə K.Friland vurğulayıb.

 

Kanada XİN rəhbəri həmçinin bəyan edib ki, rüsumların tətbiqini ABŞ-ın milli təhlükəsizlik maraqları ilə əsaslandırmaq absurddur.

 

Qeyd edək ki, bundan əvvəl D.Tramp Kanada daxil olmaqla, bir sıra ölkələrə polad və alüminiumun idxalı üçün rüsum tətbiq edib.   Xarici istehsalçıları dempinqdə ittiham edən D.Tramp qeyd olunan sahələrdə Amerika sənayesinin iflic vəziyyətə düşdüyünü bildirib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267