Kiyevə öldürücü silahların verilməsinə dair layihə ABŞ Konqresinə təqdim edilib

kiyeve oldurucu silahlarin verilmesine dair layihe abs konqresine teqdim edilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının maliyyələşdirilmə komitəsi 2017-ci maliyyə ili üçün nəzərdə tutulmuş hərbi büdcədə Kiyevə daşınan zenit-raket kompleksləri istisna olmaqla, letal (öldürücü) silahların əldə edilməsi üçün vəsaitin ayrılmasına dair bəndin saxlanılmasını təklif edib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Nümayəndələr Palatasının tam heyəti tərəfindən gələn həftə nəzərdən keçiriləcək.

 

Sənəd Kiyevə 150 mln. dolların ayrılmasını nəzərdə tutur.

 

Bu vəsaitlərin sentyabrın 30-dək, yəni 2017-ci maliyyə ili başa çatanadək xərclənməsi tövsiyə edilir.  

 

Qanun layihəsi, ümumilikdə hərbi xərclərə 578 mlrd. dollar ayrılmasını nəzərdə tutur. Bu məbləğ Barak Obama administrasiyasının Konqresə təqdim etdiyi  müvafiq sorğusundan 1,6 mlrd. dollar, 2016-cı ilin göstəricilərindən isə 5,2 mlrd. çoxdur.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ