Kolumbiyada körpünün uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

kolumbiyada korpunun ucmasi neticesinde olenlerin sayi 11 e catib yenilenib

Kolumbiyada asma körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin xilasedici xidmətləri məlumat verib.

 

Bundan əvvəl 7 nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilirdi.

 

Faciə Vilyavisensio şəhərində baş verib. Ölənlər arasında anasının qoynunda olan yaş yarımlıq körpə də var. Qəza baş verdiyi an körpüdə 30-a yaxın insan olub. Asma körpünün hündürlüyünün 10-15 metr təşkil etdiyi bildirilir. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir. 

 

***

 

23:48

 

Kolumbiyanın Vilyavisensio şəhərində asma körpü uçub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

Məlumata görə, qəza baş verdiyi an körpüdə 30-a yaxın insan olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Körpünün uçmasının səbəbləri hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ali mekteb telebeleri arasinda informatika uzre umumrespublika olimpiadasi na start verilib
    “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespub...
  • gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib
    Gömrük nəzarətindən gizlədilən 129 qram qızıl aşkarlanıb...
gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ