NBC News: Tramp İsrailin İŞİD sıralarındakı agentinin həyatını təhlükə altında qoyub

nbc news tramp israilin isid siralarindaki agentinin heyatini tehluke altinda qoyub

ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı məxfi məlumatları açıqlamaqla, İsrailin İŞİD terror qruplaşmasının sıralarındakı gizli agentinin həyatını təhlükə altında qoyub.  APA-nın xəbərinə görə, bu barədə NBC News telekanalı adları çəkilməyən ABŞ məmurlarına istinadən məlumat yayıb.

 

“Washington Post” bundan əvvəl yaydığı məlumatda bildirmişdi ki, Tramp danışıqlar zamanı Lavrova İŞİD-lə bağlı tamamilə məxfi məlumatlar təqdim edib. Yerli KİV-lər söhbətin təyyarələrdə terror aktı təhlükəsindən getdiyini ehtimal edirlər.

 

Telekanalın məlumatına görə, İsrailin gizli agenti İŞİD-in Amerikaya uçan sərnişin təyyarələrindən birini noutbuka quraşdırılmış partlayıcı qurğu vasitəsilə partlatmaq planı barədə məlumatı ABŞ-a ötürüb.  Məlumata görə, aeroportlardakı yoxlama sistemləri bu cür partlayıcı qurğuları aşkarlamaq iqtidarında deyil.  

 

Telekanal məlumatın etibarlı mənbədən ötürüldüyünü qeyd edir. Belə ki, ABŞ Yaxın Şərq ölkələrindən ölkəyə uçan təyyarələrin göyərtəsinə noutbukların keçirilməsinə qadağa qoyub. Qadağanın tezliklə Avropa ölkələrindən ABŞ-a uçan təyyarələrə də şamil ediləcəyi gözlənilir. Bu addımların terror təhlükəsinin aradan qaldırılmasının təmin olunması ilə əlaqələndirilir.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
  • gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler
    Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini zi...
gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ