Obama ABŞ vətəndaşlarını demokratiyanı müdafiə etməyə çağırıb

obama abs vetendaslarini demokratiyani mudafie etmeye cagirib

ABŞ prezidenti Barak Obama vida çıxışında ölkə vətəndaşlarını demokratiyanı müdafiə  etməyə çağırıb.

 

APA-nın “BBC”-ə istinadən verdiyi xəbərə görə, B. Obama irqçilik və iqtisadi qeyri-bərabərliyi ABŞ demokratiyasının əsas təhdidləri adlandırıb. O, 8 illik prezidentliyi  dövründə ABŞ-ın yaşamaq  üçün daha yaxşı ölkəyə çevrildiyini deyib.

 

“8 il əvvəl desəydim ki, iqtisadi böhranı arxada  qoyacağıq, avtomobil sənayesini yenidən dirçəldəcəyik, ölkə tarixində ən çox iş yeri, kubalılarla münasibətlərdə yeni səhifə açacağıq, bir güllə atmadan İranın nüvə  proqramını bağlayacağıq, 11 sentyabr  terror aktına görə məsuliyyət  daşıyan şəxsi məhv edəcəyik, həmcinslilərin nikahına nail olacağıq, gözləntilərimizin şişirdildiyini düşünərdiniz” - deyə, o əlavə edib.

 

B. Obama çıxışında həyat yoldaşı Mişel Obamaya xüsusi təşəkkür edib və göz yaşlarını saxlaya bilməyib. 

 

Qeyd edək ki, 55 yaşlı B. Obama 2008-ci ildə prezident seçilib. Yeni seçilmiş prezident Donald Tramp yanvarın 20-də and içərək səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın bəzi  islahatlarını ləğv edəcəyini bildirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ