Obama: “Rusiya və Çin ABŞ-ın dünyada əsas rəqibləridir”

obama rusiya ve cin abs in dunyada esas reqibleridir

ABŞ prezidenti Barak Obama vida nitqində Rusiya və Çini ölkəsinin əsas rəqibləri adlandırıb. O, bununla belə, qeyd edib ki, Moskva və Pekinin beynəlxalq arenadakı təsiri  ABŞ-ın dünyadakı nüfuzu ilə müqayisə edilə bilməz.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, B.Obama bu barədə Çikaqoda çıxışı zamanı bildirib.

 

Amerika lideri həmçinin demokratiya dəyərlərinin ABŞ-da və dünyada zəifləməsi təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə,  demokratiya dəyərlərinin zəifləməsi dünyada vətəndaş və beynəlxalq müharibələrinin yaranmasına gətirib çıxara bilər.  

 

Obama bundan başqa İslam adı altında çıxış edən fanatiklərin və bəzi ölkələrdə hakimiyyətdə olan diktatorların hüququn aliliyi və insan haqlarına əməl olunma prinsiplərinə əsaslanan dünya nizamına təhlükə yaratdığını vurğulayıb: “Bu təhdidlər ABŞ üçün minalanmış avtomobil və ya raketdən daha böyük təhlükə yaradır”.   

 

Obama çıxışında İŞİD terror qruplaşmasının darmadağın olunacağına əmin olduğunu bildirib.

 

Barak Obama yanvarın 20-də postunu tərk edəcək. ABŞ-ın yeni prezidenti Donald Tramp olacaq.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ