Pentaqon ABŞ-ın İŞİD-i dəstəkləməsinə dair Rusiyanın ittihamlarını rədd edib

pentaqon abs in isid i desteklemesine dair rusiyanin ittihamlarini redd edib

Rusiya Müdafiə Nazirliyinin İŞİD-in dəstəklənməsinə dair ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlar əsassız, qeyri dəqiq və tamamilə yalandır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon Rusiya MN-nin koalisiyanın İŞİD-lə əməkdaşlıq etməsinə dair məlumatını şərh edərkən deyib.  

 

Onun sözlərinə görə, Moskva Rusiyanın Suriyada üzləşdiyi çağırışlardan diqqəti yayındırmaq məqsədi ilə bu cür ittihamlar səsləndirir.   

 

“Bəzi yayılan şəkillərin video oyunlardan götürülməsi barədə xəbərlərdən məlumatlıyam”, - deyə Dillon Bağdadda keçirdiyi mətbuat konfransında əlavə edib.   

 

Qeyd edək ki, Rusiya MN-nin bundan əvvəl yaydığı məlumatda qeyd olunub ki, ABŞ-ın noyabrın 9-da Əl Bukamal rayonunda geri çəkilən terrorçulara zərbə endirməkdən imtina etməsi faktı aparılmış danışıqların stenoqramlarında öz əksini tapıb. Rusiya MN-nin dərc etdiyi bu  məlumata fotoşəkillər əlavə olunub. Lakin sonradan bir sıra KİV-lər həmin şəkillərin kompüter qrafikası olduğunu üzə çıxarıb.    

 

Hazırda Rusiya Müdafiə Nazirliyi şəkilləri səhvən əlavə etdiyi iddia olunan mülki əməkdaş barəsində yoxlama aparır.  

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273