Peruda zəlzələdən sonra kömür şaxtasında 17 nəfər itkin düşüb - YENİLƏNİB

peruda zelzeleden sonra komur saxtasinda 17 nefer itkin dusub yenilenib

Bu gün Peruda baş verən zəlzələdən sonra kömür şaxtasında 17 şaxtaçı itkin düşüb.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə bunu Peru Səhiyyə Nazirliyi açıqlayıb.

 

Təbii fəlakətin 2 nəfərin ölümünə, 65 nəfərin yaralanmasına yol açdığı da bildirilib.

 

Bundan öncə Peruda zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 20-ə qədər insanın yaralandığı bildirilmişdi. 

 

***

 

saat 16.58

 

Bu gün Peruda baş verən zəlzələ nəticəsində ən azı  bir nəfər ölüb.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Arekipa regionunun qubernatoru Yamila Osorio bildirib.

 

Zəlzələ zamanı 55 yaşlı qadın üzərinə düşən daş nəticəsində ölüb. Zəlzələ nəticəsində 20-ə qədər insan da xəsarət alıb, bir çox kərpic ev dağılıb.

 

Peru Geofizika İnstitutu 6,9 maqnitudalı zəlzələnin ocağının Arekipa regionunda, 10 km dərinlikdə yerləşdiyini açıqlayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267