Pompeo Tramp-Putin görüşündə müzakirə olunacaq məsələləri açıqlayıb

pompeo tramp putin gorusunde muzakire olunacaq meseleleri aciqlayib

Suriya və Ukraynadakı vəziyyət Tramp-Putin görüşünün əsas müzakirə mövzusu olacaq”.

 

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

 

M. Pompeo bildirib ki, ABŞ Rusiya, Suriya və İranı siyasi müqavilələrə riayət etməyə məcbur etmək istəyir. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun məqsədi Suriyadakı yeni konstitusiyanın hazırlanması və münaqişənin siyasi həllinə nail olmaqdır. O əlavə edib ki, İran hərbi birləşmələri Suriyanı tərk etməlidir.

 

Pompeo Rusiyanı Suriyanın cənub bölgəsi ilə əlaqədar İordaniya və ABŞ-la əldə edilmiş razılaşmaları pozmaqda günahlandırıb.

 

Qeyd edək ki, Rusiya, İordaniya və ABŞ 2017-ci ilin iyulunda Suriyanın cənub-qərbində deeskalasiya zonasının yaradılması üzrə razılıq əldə edib.

 

Putin-Tramp görüşü iyulun 16-da Helsinkidə baş tutacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267