Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69-a çatıb - YENİLƏNİB-3

qvatemalada vulkan puskurmesi neticesinde olenlerin sayi 69 a catib yenilenib 3

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 65 nəfərin öldüyü bildirilirdi.

 

Hazırda ölənlərdən 17-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Həyatlarını itirənlərin əksəriyyəti Eskuintla departamentinin sakinləridir – 54 nəfər.

 

Təbii fəlakət nəticəsində 46 nəfər xəsarət alıb, azı 3 min insan təxliyə edilib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

 

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.

 

***

 

04:39

 

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 62 nəfərin öldüyü bildirilirdi.

 

Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 46 nəfər xəsarət alıb, azı 3 min insan təxliyə edilib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

 

Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən Fueqo iyunun 3-dən püskürməyə başlayıb.

 

***

 

00:41

 

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi ölkə rəsmilərinə istinadən xəbər verib.

 

Məlumata əsasən, ölənlərdən cəmi 13 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

 

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Fueqo Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşir.

 

***

 

21:26

 

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Prensa Libre” xilasedicilərə istinadən xəbər verib.

 

Bundan əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

 

Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

 

Qeyd edəki, Fueqo vulkanı iyunun 3-dən püskürməyə başlayıb.

 

***

 

20:30

 

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 25 nəfərin öldüyü, 300 nəfərin xəsarət aldığı bildirilirdi.

 

Məlumata əsasən, təbii fəlakət nəticəsində 4 yaşayış məntəqəsinə ciddi ziyan dəyib.  Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267