Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 40-a çatıb

qvatemalada yangin neticesinde olen usaqlarin sayi 40 a catib

Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 40 nəfərə  çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

 

Hazırda ölkənin tibb müəssisələrində 15 yeniyetmə müalicə alır, onlardan 10-nun vəziyyəti ağır kimi qiymətləndirilir. Dörd nəfər ağır yanıq xəsarətləri alan yeniyetmə qız müalicə üçün ABŞ-a göndərilib.

 

Martın 8-də Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində yanğın baş verib.  Faciə zamanı həyatını itirən və xəsarət alanların hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir. Bundan əvvəl bildirilmişdi ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb ola bilər. Məlumata görə, yeniyetmələr mərkəzdə onlarla pis rəftara və qidanın keyfiyyətsizliyinə etiraz ediblərmiş.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:10 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socar in terefdasi ukraynanin bas nazirine muraciet edib
    SOCAR-ın tərəfdaşı Ukraynanın baş nazirinə müraciət edib...
  • bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib
    Bakının daha bir küçəsində yol hərəkətində dəyişiklik edilib...
bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib bakinin daha bir kucesinde yol hereketinde deyisiklik edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ