Qvatemalada yanğında ölən uşaqlar bağlı qapı arxasında qalıblar

qvatemalada yanginda olen usaqlar bagli qapi arxasinda qaliblar

Qvatemalada ailə zorakılığı qurbanlarının reabilitasiyası mərkəzində yanğın nəticəsində ölən uşaqların sayının çoxluğu onların bağlı qapı arxasında olmaları ilə bağlıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qvatemalanın uşaq məsələləri üzrə prokuroru bildirib.   

 

Son məlumata görə, faciə nəticəsində 33 uşaq ölüb. Onlardan 19 hadisə yerində, 14-ü isə xəstəxanada keçinib.

 

“Onlar yanğın baş verən zaman qapısı açarla bağlanmış, ümumi sahəsi 4 kvadratmetrdən çox olmayan otaqda olublar. Orada 60-dək qız olub”, - deyə prokuror Qloriya Kastro bildirib.     

 

Prokurorun sözlərinə görə, rəhbərlik faciədən bir gün əvvəl mərkəzi icazəsiz tərk etmiş 60-dək uşağı cəzalandırmaq məqsədi ilə kiçik otağa salaraq qapıları və pəncərələri kilidləyibmiş.   

 

Bundan əvvəl bildirilmişdi ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb ola bilər. Məlumata görə, yeniyetmələr mərkəzdə onlarla pis rəftara və qidanın keyfiyyətsizliyinə etiraz ediblərmiş. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ