Tramp Çinə səfər etmək niyyətindədir

tramp cine sefer etmek niyyetindedir

ABŞ prezidenti Donald Tramp Çinə səfər etmək niyyətindədir.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Çin Xalq Respublikasının sədri Si Tszinpinlə görüşdə ABŞ dövlət katibi Reks Tillerson bildirib.

 

R. Tillerson deyib ki, D. Tramp Çin dövlət başçısı ilə münasibətləri yüksək qiymətləndirir və iki liderin tezliklə görüşünün təşkil edilməsini gözləyir. Dövlət katibi D. Trampın Çinə səfər etməyə hazır olduğunu qeyd edib. Öz növbəsində S. Tszinpin iki ölkə arasında anlaşma səviyyəsinin artdığını söyləyib: “Çin və ABŞ-ın birgə maraqları fərqli maraqlarla müqayisədə daha çoxdur. Əməkdaşlıq hər iki tərəfin yeganə seçimidir. Münasibətlərə uzunmüddətli və strateji nöqteyi-nəzərdən baxmaq, əməkdaşlığı genişləndirmək, qarşılıqlı faydaya əsaslanan strategiyanın reallaşdırmaq lazımdır. Regional problemlərlə bağlı birgə fəaliyyəti də gücləndirmək lazımdır. Xalqlarımız arasında dost münasibətləri təşviq etmək və gücləndirmək lazımdır”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ali mekteb telebeleri arasinda informatika uzre umumrespublika olimpiadasi na start verilib
    “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespub...
  • gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib
    Gömrük nəzarətindən gizlədilən 129 qram qızıl aşkarlanıb...
gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ