Tramp: “NATO ölkələri ABŞ-ın müdafiə xərclərini ödəməlidirlər”

tramp nato olkeleri abs in mudafie xerclerini odemelidirler

NATO ölkələri ABŞ-ın müdafiə sahəsinə çəkdiyi xərcləri ödəməlidirlər”. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp NATO sammitinə yollanarkən “Twitter” səhifəsində yazıb.  

 

NATO-ya üzv olan və bizim qoruyacağımız bir çox ölkə nəinki “2 faiz” öhdəliyini (müdafiə xərclərinin ÜDM-in 2 faizi həcminədək çatdırılmasına dair öhdəlik-red.) icra etmirlər, hətta  vaxtı ilə ödənilməyən vəsaitləri uzun illərdir ödəmirlər. Onlar həmin vəsaitləri ABŞ-a ödəyəcəklər?”, - deyə D.Tramp qeyd edib.       

 

Qeyd edək ki, NATO sammiti 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək.  

 

Xatırladaq ki, NATO ölkələri 2014-cü il tarixli Buxarest razılaşmasına əsasən, müdafiə xərclərini Ümumi daxili məhsulun (ÜDM)  2 faizi həcminədək çatdırılmasına dair üzərilərinə öhdəlik götürüb. D.Tramp dəfələrlə Alyans üzvlərindən həmin öhdəlikləri yerinə yetirməyi tələb edib. Əks halda ABŞ-ın NATO ölkələrinin təhlükəsizliyinin təmin olunması üzrə ümumi proqramlardan çıxacağı ilə hədələyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267