Tramp: “Sinqapur sammitinin ləğvinə dair məlumat almamışıq”

tramp sinqapur sammitinin legvine dair melumat almamisiq

ABŞ rəsmi Pxenyandan iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan ABŞ-KXDR  sammitinin ləğv edilməsi ilə əlaqədar hər hansı məlumat almayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“Bizə hər hansı xəbər verilməyib. Sammitin ləğvinə dair heç bir məlumat almamışıq”, deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib. 

 

ABŞ-ın  “Max Thunder” təlimləri Cənubi  Koreyada aprelin 15-dən keçirilir. Təlimlərdə ABŞ və Cənubi Koreyadan 2000-dək hərbçi iştirak edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:45 20 May
Video
09:20 19 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda ev yanib
    Ağdaşda ev yanıb
  • agcabedide qumbara askarlanib
    Ağcabədidə qumbara aşkarlanıb
agcabedide qumbara askarlanib agcabedide qumbara askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 May, 2018

USD
1.7
 
EUR
2.0069
 
RR
0.0273