Tramp: Şvartseneqqer “Məşhurların tələbəsi” teleşousundan qovulub

tramp svartseneqqer meshurlarin telebesi telesousundan qovulub

ABŞ prezidenti Donald Tramp kinoaktyor və Koliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneqqerin məşhur “Məşhurların tələbəsi” (The Celebrity Apprentice) realiti-şousundan getməsini şərh edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp A. Şvartseneqqerin teleşounun aşağı reytinqi olması səbəbindən qovulduğunu bildirib.

 

ABŞ prezidenti deyib ki, A. Şvartseneqqerin teleşoudan getməsi ilə heç bir əlaqəsi yoxdur: “Arnold Şvartseneqqer “Məşhurların tələbəsi” şousunu könüllü tərk etməyib, onu mənə görə yox, şounun reytinqinin aşağı olması səbəbindən qovublar. Əla bir şou təəssüf ki, belə başa çatıb”.

 

Qeyd edək ki, bundan əvvəl A. Şvartseneqqer artıq “Məşhurların tələbəsi” şousunun aparıcısı olmağı arzulamadığını, çünki tamaşaçıların artıq şouya baxmaq istəmədiyini bəyan edib. A. Şvartseneqqer qeyd edib ki, bundan əvvəl şounun aparıcısı D. Tramp olub, ona görə ə şouya yaxşı münasibət formalaşmayıb. Aktyor şounun reytinqinin hazırda aşağı olmasını da bununla əlaqələndirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
  • cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib
    Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb...
cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ