Tramp Merkelin əlini sıxmayıb

tramp merkelin elini sixmayib

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər.

 

APA-nın “Politico”-ya istinadən verdiyi xəbərə görə, görüşdən sonra jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib.

 

Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.

 

KİV-in qənaətinə görə, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını  sadəcə eşitməyib. Buna baxmayaraq, Tramp və Merkel arasında keçirilən ilk görüşün adıçəkilən epizodu İnternetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırlayıblar. Qeyd edək ki, Almaniya kanslerinin qarşılanma mərasimində və görüşdən sonra baş tutan brifinqdə siyasətçilər bir-birlərinə əl veriblər. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kiyev meriyasinda novruz bayrami qeyd edilib
    Kiyev meriyasında Novruz bayramı qeyd edilib
  • sofiyada novruz bayrami qeyd olunub
    Sofiyada Novruz bayramı qeyd olunub
sofiyada novruz bayrami qeyd olunub sofiyada novruz bayrami qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ