Venesuela ADT-ni tərk edir

venesuela adt ni terk edir

Venesuela bundan sonra Amerika Dövlətləri Təşkilatında (ADT) təmsil olunmayacaq.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib.

 

Onun sözlərinə görə,  hazırda Vaşinqtonda keçirilən ADT-in Baş Assambleyası onun rəhbərlik etdiyi ölkə üçün sonuncu olacaq.

 

“Biz Amerika Dövlətləri Təşkilatının fəaliyyətini pisləyirik və qurumu tərk edirik. Bu artıq təsdiqlənib”, deyə N.Maduro bildirib. O, həmçinin deyib ki,  təşkilatda təmsil olunan ABŞ nümayəndələri Latın Amerikası ölkələrinə qarşı şantaj və təhdidlərlə dolu kampaniya aparırlar.

 

Bundan əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelanın ADT-də üzvlüyünü dayandırmağa çağırıb. Eyni zamanda ABŞ rəsmisi Venesuelada keçirilən son prezident seçkilərini “saxta" adlandırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267