Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 44-ə çatıb

venesuelada igtisaslar neticesinde olenlerin sayi 44 e catib

Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Taçira ştatının San-Kristobal şəhərində 15 yaşlı yeniyetmə, Tukape şəhərində isə 30 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində həyatlarını itiriblər.

 

Beləliklə ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Venesuelanın “Nacional” xəbər portalı xatırladır ki, 2014-cü ildə Venesuelada baş verən kütləvi etiraz aksiyalarında 43 nəfər ölmüşdü.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn yevlaxda xestexanada bas veren yangin sondurulub yenilenib 2
    FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - YENİ...
  • sehidin medali ailesine teqdim olunub
    Şəhidin medalı ailəsinə təqdim olunub
sehidin medali ailesine teqdim olunub sehidin medali ailesine teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ