“Yahoo!”-nun adı dəyişdiriləcək

yahoo nun adi deyisdirilecek

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.

 

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.

 

Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.

 

Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.

 

ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

 

Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ali mekteb telebeleri arasinda informatika uzre umumrespublika olimpiadasi na start verilib
    “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespub...
  • gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib
    Gömrük nəzarətindən gizlədilən 129 qram qızıl aşkarlanıb...
gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib gomruk nezaretinden gizledilen 129 qram qizil askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ