ABŞ Suriyada İŞİD-lə mübarizə aparan Türkiyə ordusuna yardımı gücləndirəcək

abs suriyada isid le mubarize aparan turkiye ordusuna yardimi guclendirecek

ABŞ Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat aparan Türkiyəyə dəstəyini artıracaq.

 

APA-nın xəbərinə görə, bu barədə “Vaşinqton Post” nəşrinin məlumatında deyilir.

 

Bildirilir ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatları Türkiyə ordusu üçün Suriyanın şimal-qərbində İŞİD mövqelərinə aid kəşfiyyat  məlumatları toplamağa başlayıb. Həmçinin Vaşinqtonun Türkiyə ordusunun Əl-Bab şəhəri istiqamətində irəliləməsi üçün dəstəyini gücləndirəcəyi söylənilir.

 

Qeyd olunur ki, ABŞ terrorçuların mövqelərinə havadan zərbələr  endirəcək, Türkiyə ordusunu lazımi avadanlıqla təmin edəcək. Eyni zamanda Türkiyə ordusu ABŞ-ın xüsusi təyinatlıların məsləhətçiləri tərəfindən yardım alacaq. Analoji yardımın müxalifət qüvvələrinə göstəriləcəyi bildirilir.

 
Bununla belə Pentaqon istisna etmir ki, əməliyyat bölgəsində Türkiyə və Rusiya təyyarələrinin uçuşları ABŞ aviasiyasına müəyyən problem yaradacaq. 
 

Qeyd edək ki, Türkiyə ordusu ötən ilin yayından etibarən Suriyanın şimalında “Fərat  qalxanı” hərbi əməliyyatı keçirir. Əməliyyatın  məqsədi ölkə ilə sərhəd bölgəni İŞİD və YPQ terrorçu qruplaşmalarından təmizləmək, habelə qaçqınların geri qayıtması üçün təhlükəsizlik zonasını yaratmaqdır.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ